Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı onların Kürdəmir rayon sakinləri - Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Faktla bağlı təhqiqat qrupu tərəfindən araşdırma aparılır.





























![Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür 22.12.2024 [09:00] Çap et A+ A-](/uploads/posts/2024-12/medium/1734860332_yj01.jpg)



